0

“Ağıllı” yastıq gecə lampası və zəngli saatı əvəz edəcək

Baxış: 646 www.SonUmid.org
SonUmid.org ict.az-a istinadən məlumat verir ki, ABŞ-ın Mode Modern dizayn studiyası özündə gecə lampası, zəngli saat və fitnes-treker funksiyalarını birləşdirən Sunrise Smart Pillow adlı “ağıllı” yastıq hazırlayıb.
Qeyri-adi yastıq inteqrasiya edilmiş işıq diodlarıyla təchiz edilib. O, yuxudan öncə kitab oxuyan zaman gecə lampası rolunu yerinə yetirə biləcək.  Səhərlər yuxudan oyananda isə günəşin çıxmasını təqlid edərək insanda xoş əhval yaradacaq.
Bundan başqa, Smart Pillow-a inteqrasiya edilmiş dinamiklər müxtəlif səsləri, musiqi yaxud audiokitabı yenidən canlandıra biləcək ki, sahibi daha tez yatsın. Həmçinin pult və ya mobil proqramın köməyi ilə təyin edilmiş vaxtda zəngli saatı səsləndirəcək.
hitech.newsru.com saytının məlumatına görə, Smart Pillow-un daha bir funksiyası yuxunu izləməkdir. Yastıq jiroskop, akselerometr və mikrofonun köməyilə yuxuya getmə və oyanma saatlarını təsbit edir və sahibinin gecələr hansı səslərdən oyandığını müəyyənləşdirir.  Həmçinin yuxunun mərhələlərini təhlil edərək onun keyfiyyətini qiymətləndirir.
Smart Pillow-un müəlliflərinin sözlərinə görə, yastıq keyfiyyətli materiallardan istehsal edilib və onun üzlüyünü paltaryuyan maşında yumaq mümkündür.
Layihə Kickstarter-də minimum 50 min məbləğ tələb olunduğu halda 180 min ABŞ dolları məbləğində pul toplayıb. Yastıqların cari ilin oktyabrında satışa çıxarılması planlaşdırılır.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org