0

Wikipedia saxta xəbərlərlə mübarizə aparır

Baxış: 670 www.SonUmid.org
Wikipedia açıq İnternet ensiklopediyasının banisi Cimmi Ueyls saxta və etibarlı olmayan xəbərlərlə mübarizə aparmaq məqsədilə yeni layihəyə başlayıb.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, əsas diqqət dərc edilən faktların yoxlanılması və mənbələr haqqında məlumatların toplanılmasına yönələcək.
“İlk dəfə olaraq peşəkar jurnalistlər və adi vətəndaşlar birlikdə işləyəcək, hadisə haqqında onun baş verdiyi anda yazacaq, xəbərləri faktların yenidən yoxlanılması ilə məşğul olan cəmiyyətin dəstəyilə onlayn rejimdə redaktə edə biləcəklər”, – deyə Ueyls bildirib.
“Wikitribune” platformasında xəbər materialları və müxtəlif müsahibələrin təhlilləri yerləşdiriləcək. Jurnalistlərdən xəbərləri dərc etməzdən əvvəl informasiya mənbələrini (həmçinin audio faylları) təqdim etmək tələb olunacaq. Mətnlərin redaktəsi cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaq, lakin redaktə olunmuş variant ictimaiyyətə təqdim edilməzdən öncə moderatorlar tərəfindən yoxlanılacaq.
Ueyls qeyd edib ki, biznes-modeli aylıq ianələrə əsaslanan layihə hər kəs üçün ödənişsiz olacaq. Gələcəkdə vəsaitin toplanması üzrə kampaniyanın ən aktiv iştirakçıları jurnalistlərə maraqlı mövzular təklif edə biləcəklər.
Xeberler.az
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org