Bakı C
Xəbər lenti
Axtar
» » Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçualrından biri də Şahlar Yaşar oğlu Nəzərov

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçualrından biri də Şahlar Yaşar oğlu Nəzərov

28 fev 2017, 13:46   
    570 Baxışов

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçualrından biri də Şahlar Yaşar oğlu Nəzərov idi. 1990-cı ilin aprelin 25-də Yardımlı rayonunun Peştəsər kəndində anadan olan Şahlar dünən doğulduğu doğma kəndindəki qəbiristanlıqda dəfn olunub.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb.

Şəhidin atası Yaşar oğlu haqqında bunları deyib: “Vətəni canından çox istəyirdi. Onun əmiləri də hərbçi olublar. Şahlar ötən ilin avqust ayında ailə həyatı qurmuşdu. Bir-iki aydan sonra övladı dünyaya gələcək”.

“Təəssüf ki, o, övladını görə bilmədi”- deyə, o, göz yaşlarını saxlaya bilmədi.

Onu da qeyd edək ki, Şahların atası Yaşar kişi də ağır xəstədir

Şərh
yenilə, əgər kod görünmürsə