0

Müdafiə Nazirliyi paradla bağlı məlumat yaydı

Baxış: 391 www.SonUmid.org
Müdafiə Nazirliyi iyunun 26-da hərbi parad keçiriləcəyi ilə bağlı məlumat yayıb.
SonUmid.org xəbər verir ki, məlumata görə, hərbi paradda 4000 nəfərədək şəxsi heyət iştirak edəcək.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi nümayiş olunacaq.
Paradda Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edəcək.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org