0

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 81 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanmışdır.

Baxış: 341 www.SonUmid.org

SonUmid News-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 81 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər tüstüdən boğulmuş halda, digər isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Evin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Yevlax şəhərinin Balçılı kəndində ümumi sahəsi 192 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Tövlənin və otun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org