Bakı C
Xəbər lenti
Axtar
» » Son beş ildə uşaqlara qoyulan ən məşhur adlar

Son beş ildə uşaqlara qoyulan ən məşhur adlar

12 mar 2019, 10:58   
    49 Baxışов
Son beş ildə uşaqlara qoyulan ən məşhur adlar

Son beş ildə Azərbaycanda 17 170 oğlana Yusif, 16 234 qıza isə Zəhra adı verilib.

12 049 oğlana Əli, 12 039 oğlana Hüseyn, 8510 oğlana Ömər, 7561 oğlana Məhəmməd, 10 239 qıza Fatimə, 8907 qıza Zeynəb adı qoyulub.

Ədliyyə Nazirliyinin statistik məlumatları əsasında Oxu.Az-ın apardığı araşdırmalar nəticəsində, son beş ildə ən çox istifadə edilən adların, əsasən, dini adlar olduğu məlum olub. 

Sadalanan adlarla yanaşı, qızlara verilən məşhur adlar sırasında Nuray (11 455), Fatimə (10 239), Aylin (8729), Məryəm (7746), Mələk (7067), oğlanlara verilən adlar sırasında isə Uğur (6760), Murad (7437), Ayxan (5908) olub.

Son beş il ərzində doğulan uşaqlara ən az verilən adlar isə bunlardır: 1053 oğlana Fateh, 1096 oğlana Sübhan, 1147 oğlana Fuad, 1205 oğlana Emin, 1225 oğlana Elmir, 1236 oğlana Əkbər adları, 1033 qıza Əsmər, 1041 qıza Aytac, 1042 qıza Aişə, 1363 qıza Lalə, 1268 qıza Əsnad, 1587 qıza isə Rüqəyya adları qoyulub.

Apardığımız kiçik sorğunun nəticələrinə görə, vətəndaşlar övladlarına ad seçərkən əksər hallarda ailə böyüklərinin adına və dini adlara üstünlük verirlər. Buna baxmayaraq, müasir adları seçənlərin də sayı az deyil.
Şərh
yenilə, əgər kod görünmürsə