Bakı C
Xəbər lenti
Axtar
» » Şeytan kimi yazı İlqar Kamil

Şeytan kimi yazı İlqar Kamil

23 okt 2017, 12:21   
    1 470 Baxışов
Şeytan kimi yazı
İqtisadi ədəbiyyatlarda istifadə edilən bir anlayış var, “axmaq puma sindromu”. Əslində, Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından birinin adıdı puma; Məsələ belədir ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, beyinə bir baxın, puma "estafet"i yarımçıq qoyub başqa qurban axtarmağa başlayır. Yəni, puma bir çox insanlardan fərqli olaraq, ziyanın yarısından qayıtmağı bacarır. Üstəlik, o, heç vaxt, məsələn, ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır.
Ondandır ki, "Puma fəlsəfəsi"-ni nəzərə almadan illərlə mənasız bir hədəfin ardınca qaçan, öz puç hədəfi üçün hətta insanlığını belə xərcləyən zavallı insanlar bəşəriyyətin “axmaq puma”ları adlanır. Yazının bu yerinə çatanda adam qapının arxasına keçib, ordan gizli-gizli özünə baxmaq istəyir: görəsən mən necəyəm? Nəyin ardınca qaçıram? Qarşıma qoyduğum hədəflər məndən çox-çox balaca deyil ki? Qazandığım uğurlar üçün sərf etdiyim vaxta və enerjiyə dəyərmi? Yoxsa, irağ-irağ, elə mən də o axmaq pumalardan biriyəm?
Düşmən ağıllı olmasaydı, bəlkə də axmaq puma olmaq çox da təhlükəli sayılmazdı, fəqət...
Quran deyir, Şeytan düşməndi. Düşmən ağıllıdı, özü də olduqca. Biz onu xəfifə alırıq deyə bu gündəyik! Məsələn, Şeytanın taktikalarından biri də, yenə də Quran deyir, "ət-təsvif"di - bu günün işini sabaha saxlamaq; Şeytan gəlib vəsvəsə etmir ki, filan işi ümumiyyətlə görmə, (gərçi məqsədi elə budur) deyir ki, sabah eləyərsən. Ağıllı taktikadı, deyilmi? Desə ki, filan dostunu birdəfəlik sil yaddaşından, razılaşmayacaqsan axı, odur ki, belə deyir: əşi, bu gün işlərin çoxdu, sabah zəng edərsən. O sabah bu sabah, bir də baxırsan ki, dost unudulub gedib, ruhunun belə xəbəri yox!
Biz insanları haqqa, saatda ikiyüz km-lıq sürətlə, birdəfəyə gətirmk istərik, Şeytansa onları haqdan addım-addım, hətta qarış-qarış uzaqlaşdırar. Odur ki, Şeytan bizdən daha müvəffəqdir!

Şeytan deyən kimi hamının təsəvvürüründə vahiməli, qorxunc, naşünas bir varlıq canlandı. Halbuki Şeytan kimdi? Mən sizə saçlarını arxaya daramış, qalstuklu, hündür boy, 32 dişinin hamısı cağ-bacağ yerində olan üzü təbəssümlü Şeytan da göstərə bilərəm, üstəlik, iki dənə də ali təhsili olsun. Yəni onu çox da uzaqlarda axtarmayın.
Siz heç özünün Şeytanı olan insan gördünüzmü?...
Düşmənlə mübarizəyə, onu düzgün tanımaqla başlamaq lazım. Yəni, düşməni düzgün tanımağın özü də "düşmənlə mübarizə"yə daxildir, üstəlik, ən vacib, ən əsas hissədi! Məsələn, bəzilərimiz saf-saf düşünürük ki, Şeytanın vəsvəsələri yalnız dinlə bağlıdı, elə bilirik ki, Şeytan yalnız "namaz qılma", "oruc tutma" kimi vəsvəsələr edir, halbuki belə şeylər çox vaxt öz nəfsimizin təlqinləridi. Şəxsən mən Şeytanı bu qədər bekar hesab eləmirəm. Şeytan axmaq puma deyil, belə şeylərə enerji sərf etməz. O gələcək, ən dibindən vuracaq səni - qəlbindən! Nədən ki, oyun mərkəzdən başlayır. Tutalım, sən filan yerdən başqa yerə köçmək istəyirsən, əla! Dərhal Şeytan tapılır ki, qardaşım, tələsmə. Niyə edir bunu? Bilir ki, köçəcəyin yeni yurdda ruh halın gözəl olacaq deyə Allaha yaxınlaşmaq, ucalmaq, ali insan olmaq şansın daha çox olacaq. Düşmən bu qədər uzaqgörəndi, yəni.
Haqqı tapmaq kifayət eləmir, ona doğru hərəkət də lazımdı, əziz, özü də tam vaxtında! Düşmənin "işi sabaha saxlama" kampaniyası da buna yönəlik. Aşurada Hürr kimi haqqı idrak edənlər az deyildi, amma vaxtında mövqe sərgiləyə bilmədilər, bugün-sabaha saldılar deyə bir də gördülər ki, iş işdən keçib və onlar qatillər sırasındadırlar. Mən inanmıram ki, Kərbəlada olan 30 min qoşunun hamısı qılınc çalmışdı, düşünürəm, bir xeylisi gedişatın içində idrak etmişdilər imamın kimliyini və hətta cəngin qızğın yerindən daldalanırdılar ki, imam qatili olmasınlar, amma çi fayda, vaxtında mövqe sərgiləyə bilmədilər deyə qatillər sırasında qaldı adları. Düşünürəm ki, Şeytan Kərbəlada çox zəhmət çəkib...
Elə bütün bunlara görə, bəşəriyyətin ən vacib suallarından biri də belədir: gecikən ədalət ədalət sayılırmı?
İlqar Kamil
Şərh
Shawnson от 23 mart 2019 01:54
There are different types of fake nails that you can buy from stores. If you are in a hurry to arrange a wine party but you have no idea about finding the right wine, then in the webpage you can get the help. If you are quite particular about the nutritional value of a food, then the white cream is ready to fulfil your requirement. If you have a margin of consuming fat and meat related foods, then by consuming this delicious dairy product, you can substitute the necessary of protein and other minerals. Or you can start it manually by finding the asterisk directory. In selecting a shirt, look at the established up demand for printing your items, the number of locations you want for your imprint and the number of hues in your imprint (up to 4) and start incorporating. Among all of them, a large number of food lovers prefer the delicious and soft creamy white cheese. In addition to that this kind of cheese is used in accompaniment of a number of food items and also makes a very good union with a variety of wines at the same time. Visit site: http://v.ht/yKLc http://v.ht/pj1I http://v.ht/xDab http://v.ht/fUL0 http://v.ht/RmvB http://v.ht/CDcy
yenilə, əgər kod görünmürsə