0

DÇ-2018: Kolumbiya Polşanı evə yola saldı

Baxış: 270 www.SonUmid.org

DÇ-2018: Kolumbiya Polşanı evə yola saldı

Futbol üzrə dünya çempionatının II tur matçlarına yekun vurulub.
Press-az.com xəbər verir ki, sonuncu – H qrupunda Kolumbiya və Polşa qarşılaşıb.
İlk turda gözlənilmədən məğlub olan hər iki komanda bu dəfə üç xal qazanmaq üçün meydana çıxıblar. Kolumbiya Polşaya 3:0 qalib gəlib. Qolları Ceri Mina, Radamel Falkao və Xuan Kuadrado vurub.
Bununla da Kolumbiya üç xal qazanaraq pley-off şansını növbəti tura saxlayıb. Robert Levandovskili Polşa isə ardıcıl üçüncü dəfə mundialda qrup səddini aşa bilməyib.
Xatırladaq ki, bu qrupun digər görüşündə Seneqal və Yaponiya 2:2 oynayıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org