0

“Hacı Cavad” məscidinin taleyi necə olacaq? Yeniləndi

Baxış: 1 000 www.SonUmid.org
İslam.az-a məscidin dini icmasından daxil olan xəbərə görə, bu gün Dini Qurumlarla Iş üzrə Dovlət Komitəsindən məscid rəhbərliyinə yenidən bildirilib ki, məscid tezliklə söküləcək, onun saxlanması mümkün olmadı. Aldıgımız digər məlumata gorə, bunun səbəbi odur ki,  həmin ərazidə aparılan yenidənqurma işlərinin planında o məscid yoxdur. Yeni plan hazırlamağa məsul qurumlar isə layihəni dəyişmək istəmirlər.Göründüyü kimi, məscidin sökülməsinə qərar verənlər məscidi saxlamaq istəyənlərdən daha güclü çıxdılar.
Qeyd edək ki, dünyada Azərbaycan kimi, hətta daha çox abadlaşdırılan ölkələr var. Amma onlar buna görə öz məbədlərindən imtina etmirlər. Əlbəttə ki, şəhərin köhnə tikililərdən təmizlənib müasir üslübda salınması təqdirə layiq haldır. Amma bu yenidənqurma planına bir məscid daxil etmək, onu yeni layihəyə uyğunlaşdırmaq bu qədərmi çətindir?
***
“Hacı Cavad” məscidinin dindarlarından İslam.az-a daxil olan məlumata görə, dünən söküləcəyi barədə xəbər yayılandan sonra, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları məscidə gəliblər.
Onların məscid rəhbərliyinə bildirdiyinə görə, dünənki məsələ hansısa anlaşılmazlığın nəticəsi olub və məsələ artıq həllini tapıb. Komitə əməkdaşlarının sözlərinə əsasən, məscid sökülməyəcək.
Hadisəyə belə operativ reaksiya göstərdikləri üçün dindarlar həm DQİDK, həm də digər müvafiq qurumlara təşəkkürlərini bildiriblər. Biz də bu xəbərə narahat olan bütün müsəlmanlar adından təşəkkürə qoşuluruq.
Qeyd edək ki, dünən məscidin söküləcəyi barədə xəbər alan kimi, məscidin icma nümayəndələri bu barədə QMİ və DQİDK daxil əksər müvafiq qurumlara bu barədə məlumat vermiş və kömək istəmişdilər.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org