Bakı C
Xəbər lenti
Axtar
» » Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.

Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.

04 mar 2017, 10:02   
    531 Baxış
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb. 
Belə ki, yanğınsöndürənlər mənzildə  baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkar ediblər. İlkin versiyaya görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 
Şərh
yenilə, əgər kod görünmürsə