Bakı C
Xəbər lenti
Axtar
» » Kasıb ölkələrə Quran göndərmək kampaniyası

Kasıb ölkələrə Quran göndərmək kampaniyası

12 mar 2019, 16:33   
    530 Baxışов
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli cavanlar və dini təbliğatçılar kasıb Afrika ölkələrinin müsəlmanlarına Quran hədiyyə etmək kampaniyası başladıblar.
Bir çox Afrika ölkələrində yaşayan kasıb müsəlman uşaqları Qurani-Kərimi öyrənmək üçün üzərinə Quran ayələri yazılmış kiçik taxta lövhələrdən istifadə edirlər.
Baxmayaraq ki, müasir dünyada texnologiya inkişaf edib, müxtəlif formatlarda Quranlar çap edilib və Quran təlimləri elektron vasitələrlə həyata keçirilir, yenə də Afrika ölkələrində kasıb yaşayan müsəlmanlar Quranı öyrənmək üçün qədim metodlardan istifadə edirlər.
Qvineyada müsəlmanların 85 faizindən çoxu kasıb yaşayırlar. Onlar Quran öyrənmək üçün qədim üsuldan istifadə edilər. Quran ayələrini kiçik taxta lövhələr üzərinə yazaraq öyrənirlər.
Buna görə də Misrin dini təbliğatçıları və bir qrup cavan aktivistləri qərara gəliblər ki, bu ölkələrə, o cümlədən Qvineyaya Qurani-Kərim hədiyyə etmək kampaniyası keçirsinlər.
Bu ideya Misrin İslami Fondlar Nazirliyinin cavan xətibi Şeyx Əhməd Cəlal tərəfindən irəli sürülüb.
Quran hədiyyə etmək kampaniyası Misrin Dehqəliyyə əyalətinin Mənsurə şəhərindən başlayıb. Kampaniya elan ediləndən sonra 40 min Quran nüsxəsi toplanıb. Bu Quranlar poçt vasitəsi ilə Afrika ölkələrində yaşayan müsəlmanlara göndəriləcək.
Kampaniyada iştirak edənlər Qurani-Kərimin orjinal nüsxəsndən əlavə Quranın Fransız dilinə tərcüməsi, Quran təlimi kitabı və Quran elmləri ilə bağlı digər kitabları də hədiyyə ediblər.  

 


Şərh
yenilə, əgər kod görünmürsə