0

Poroşenkonun mükafatlandırdığı azərbaycanlı: "Bu, Ukrayna uğrunda döyüşən bütün azərbaycanlıların xidmətinə verilən qiymətdir"

Baxış: 586 www.SonUmid.org
Ukrayna Milli Qvardiyasının Milli Qəhrəman, general S. Kulçiçski adına taborunun azərbaycanlı hərbçisi İsrafilov Vidadi Şəhriyar oğlu antiterror əməliyyatlarında xidmətlərinə görə prezident Pyotr Poroşenko tərəfindən mükafatlandırılıb.
 
V. İsrafilov APA-ya bildirib ki, “Antiterror əməliyyatlarında iştirakına görə” medalı ilə təltif olunması barədə prezident 2016-cı ilin dekabrında sərəncam imzalasa da, mükafat ona dünən təqdim olunub.
 
O qeyd edib ki, bu, ölkə rəhbərliyinin onun timsalında Ukraynada terror əleyhinə mübarizə aparanların xidmətinə verilən qiymətdir: “Bunu tək özümə yox, Ukraynada uğrunda döyüşən azərbaycanlıların, ümumiyyətlə bütün döyüşçü yoldaşlarımın xidmətinə verilən qiymət kimi dəyərləndirirəm. Bir azərbaycanlı kimi bu mükafatın mənim üçün böyük əhəmiyyəti var”.
 
1999-cu ildən Ukraynada yaşayan V. İsrafilov əslən Azərbaycanın Şəki rayonundandır.
 
O, indiyə qədər Ali Rada və komandanlıq tərəfindən də bir sıra mükafatlara da layiq görülüb. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

SONUMİD xəbər agentliyi 2015
Təsisçi Vüsal Əli
Tel:            +994 552264645
E mail:     info@sonumid.org