Bakı C
Xəbər lenti
Axtar
» » Bakıda və Abşeron yarımadasında Martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyi əsəcək

Bakıda və Abşeron yarımadasında Martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyi əsəcək

16 mar 2019, 23:29   
    258 Baxışов
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:Bakıda və Abşeron yarımadasında
Martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında
Martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Şərh
yenilə, əgər kod görünmürsə