Bakı C
Xəbər lenti
Axtar
» » Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

25 iyn 2018, 17:46   
    291 Baxış
01-15 iyun 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli “məcburi göstəriş” verilib.
 Ümumilikdə, 39 iş üzrə 29550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 111 iş üzrə 11054362,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 230 iş üzrə 36483,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 129, icra qurumlarına  17, məhkəmələrə  10 iş göndərilib.
Şərh
yenilə, əgər kod görünmürsə